Çempionlar Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olub

img

10-12-2021 [00:04]


UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

F qrupunun son matçında "Atalanta" İtaliyada İspaniya "Vilyarreal"ını qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Qələbə sayəsində xallarını 10-a çatdıran La Liqa təmsilçisi qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

F qrupu

22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 2:3

Xal durumu: "Mançester Yunayted" - 11, "Vilyarreal" - 10, "Atalanta" - 6, "Yanq Boyz" - 5.

Qeyd edək ki, bunadək Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", Avstriyanın "Zaltsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqə qazanıblar.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA