Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb

img

09-12-2021 [14:30]


Ağcabədi sakini həyat yoldaşı və qayınatasını bıçaqlayıb.

Hadisə rayonun Ümid qəsəbəsində baş verib. Qəsəbədə məskunlaşan Cəfərov İlhamiz Araz oğlu həyat yoldaşı Cəfərova Aynurə Azim qızına və onun atası Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.

A.Cəfərova və A.Hüsiyev Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən İ.Cəfərov polisə təslim olub.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq