Salyanda su kanalına aşdı: ölən və yaralanan var

img

08-12-2021 [22:55]


Salyanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində  rayonun Sarvan kənd sakini, 1985-ci il təvəllüdlü İsmayılov Vasif Ağahüseyn oğlu ölüb, rayonun Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu isə xəsarət alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq