Sabiq baş infeksionistin evindən alpinizm üsulu ilə edilən oğurluq - Cəlal İsayev məhkəmədə nələri açıqladı?
08-12-2021 [19:18]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti olmuş Cəlal İsayev ifadə verib. O, evindən alpinizm üsulu ilə edilən oğurluq haqda danışıb.
C.İsayev bildirib ki, hadisə baş verən gün evdə olmayıblar, həyat yoldaşı ilə rayona gediblər: “Gələndə yoldaşım evə qalxdı, mən qonşu ilə söhbət edirdim. Birdən yoldaşımın səsi gəldi. Məlum oldu ki, evimizdən pul və qızılları oğurlayıblar”.
Zərgərliklə məşğul olan digər zərərçəkmiş Vasif Əliyev 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşadığını deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər onun mənzilində də alpinizm üsulu ilə daxil olublar. Onlar binanın damından iplə mənzilin eyvanına düşüblər.
V.Əliyev bildirib ki, onun mənzilindən xeyli qızıl-zinət əşyaları, o cümlədən 9 brend qol saatı, 10 övladı olan anasına verilmiş “Qəhrəman ana” medalı və s. oğurlanıb, ona ümumilikdə 300 min manata yaxın ziyan dəyib. Zərərçəkmiş evindən oğurlanan saatlardan birini şəxsi araşdırmaları nəticəsində taparaq geri qaytardığını deyib. Məlum olub ki, saat Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Mirsaleh Muradova satılıb.
Xaricdə alpinizm kurslarına gedərək, mənzillərin eyvanlarına kəndirlə düşməkdə, qapıları xüsusi vasitələrlə açmaqda, külli miqdarda oğurluqda ittiham olunan Cavid Süleymanov məhkəmədə ifadə vermək istəmədiyini, hadisələri xatırlamadığını bildirib.
Digər təqsirləndirilən Əhməd Əhmədov isə bu hadisələrdə sadəcə, taksi sürücüsü kimi iştirak etdiyini deyib.
Proses dekabrın 14-də davam etdiriləcək/Report.
Xatərladaq ki, bu iş üzrə 8 zərərçəkmiş var. İttihama görə, hər iki şəxs Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.
Daxili İşlər Nazirliyinin mayın 20-də yaydığı məlumata əsasən, paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib.
Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min ABŞ dolları nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib.
Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.
Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddətdir ki, paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla çoxmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər.
Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.
Qeyd edək ki, Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.
Diplomlu, ali təhsilli hamballarımız… - Təbriz VƏFALI YAZIR
Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb
Salyanda ağır qəza: kollektora aşan maşında üç nəfər ölüb
DTX-dən əməliyyat: sayt və insanların şəxsi məlumatlarını ələ keçirən kibercinayətkar qandallandı
Xəzər TV-nin büro rəhbəri mətbuat katibi təyin olunub
Mahmud Abbasdan səs çıxdı: "Qəzzada yeganə həll yolu..."
SƏDRLƏ QOHUMLARI ÜZ-ÜZƏ GƏLDİ - AHİK-də 4 nəfər istefa verdi
Daha bir jurnalist öldürülüb
Bu ölkədə 161 milyon insan aclıq təhlükəsiylə üz-üzədir - Hökumət dünyadan dəstək gözləyir
“Turan işığında-150 il” adlı kitabın təqdimatı keçirilib - "150 illik media tarixində 90-cı illər mətbuatına da dəyər verilməlidir" (FOTOLAR)
Kənddə sağlamlıq günləri təşkil olunub
Bakıda "Taxta bazarı" bazarı yenə yandı - VİDEO
İngiltərədə sərnişin təyyarəsi qəzaya uğrayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
POLKOVNİKİN QƏTLİNDƏ AZƏRBAYCANLI İZİ...
Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovnikə sui-qəsd... - Britaniya mediası azərbaycanlılardan yazır
İbrahim İbrahimov öldürülüb
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - 6 nəfər zaldan çıxarılıb
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
MEDİA: "Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir"
Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək.
UEFA-nın çətiri altında Bakıda beynəlxalq qalmaqal: özü ispan, bürcü qoç, klubu xorvat, arvadı rus... - VİDEO
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
Suriya və İsrail Bakıda birbaşa danışıqlar aparacaq
Suriya prezidentinin Azərbaycana səfəri başa çatıb
Prezident Əhməd Əl Şaraa Fəxri xiyabanı ziyarət edib
34 yaşlı qardaş ögey qardaşını qətlə yetirib
Suriya prezidenti Azərbaycanda - İlham Əliyev Şaraanı qəbul etdi (FOTOLAR, YENİLƏNİB)
Sabah isti hava olacaq
Mətbuat Şurası "Sputnik Azərbaycan"la bağlı açıqlama yaydı: "Faktlar kobud şəkildə təhrif edilib, bu da..."
Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
Azərbaycan neftinin qiyməti 76 dollara qalxıb
“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir - Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?
Sumqayıtda kürəkən qayınatasını öldürüb - Açıqlama (YENİLƏNİB)
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
İsmayıllıda zəlzələ olub
Anar Abdullayev həbs olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Kristal Pelas” UEFA Avropa Liqasından kənarlaşdırıldı - Konfrans Liqasına niyə düşürüldü?
QHT.az saytının 10 yaşı tamam olub
Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
Aİ-nin 27 ölkəsinin əhalisi 450 milyonu ötüb - Statistika
Ərdoğanla Baxçalı telefonda müzakirə aparıblar