Pekin-2022 Qış Olimpiya Oyunları: koronavirus aşkarlanmış idmançılar diskvalifikasiya olunmayacaq

img

08-12-2021 [11:57]


Pekin-2022 Qış Olimpiya Oyunlarında koronavirus aşkarlanmış idmançılar diskvalifikasiya olunmayacaq.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi qərar çıxarıb.

IOC həmin şəxslərin nəticələrdən məhrum edilməyəcəyini də açıqlayıb. Hansısa idmançı finala yüksəlsə və koronavirus səbəbindən yarışa çıxa bilməsə, avtomatik olaraq gümüş medal alacaq.

Eyni qayda Tokio-2020 Yay Olimpiya Oyunlarında da tətbiq edilib.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Yekaterina Ryabova Vladimir Litvintsevlə birgə qış olimpiadasına lisenziya qazanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı