Deputat köməkçiləri vitse-spikerin kabinetinin qarşısında əlbəyaxa olub - Ermənistanda

img

07-12-2021 [17:55]


Ermənistan parlamentində hakim “Vətəndaş razılaşması” fraksiyasının deputatları ilə qanunvericilik binasının dəhlizində “Ermənistan” fraksiyası deputatlarının köməkçiləri arasında əlbəyaxa dava düşüb.

“Novosti Armeniya” xəbər verir ki, dava iştirakçıları bir-birini küçə sözləri ilə təhqir ediblər.

Müxalif “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi jurnalistlərə bildirib ki, iş otağına gedərkən arxadan səs eşidib və davanı görüb.

Onun sözlərinə görə, hadisə parlament sədrinin müavini Ruben Rubinyanın kabinetinin qarşısında baş verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA