Həbsdəki keçmiş MTN rəhbərinin ailəsi ilə görüşü təşkil olunub

img

07-12-2021 [11:40]


Naxçıvanın keçmiş MTN rəhbərinin vəfatı ilə bağlı xəbər təkzib olunub.

Mia.az xəbər verir ki, bu barədə ailəsi ‘AZƏRBAYCAN24’ə məktub göndərib:

"Məhkum Vəli Ələsgərovun vəfatı ilə əlaqədar bəzi saytlarda verilmiş məlumata görə 30 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə etdiyimiz müraciətə əsasən onun bizimlə görüşü təşkil olundu. Görüş zamanı sağlamlıq və ya başqa problemini görmədik. Həmin saytlara bildiririk ki, o cür çirkin məlumatlar verib ailələrdə narahatlıq yaratmasınlar.

Həyat yoldaşı Ələsgərova Gülü Tofiq qızı, bacıları Məmmədova Sevda Məmiş qızı və Fətullayeva İlhamə Məmiş qızı".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA