Arxada qalan bir il…- KAMİL HƏMZƏOĞLU YAZIR (FOTOLAR)

img

06-12-2021 [23:07]


44 günlük Ikinci Vətən Müharibəsi başlayan gündən bir qələm əhli, bir jurnalist, bir vətəndaş, bir insan kimi mən də öz vəzifəmi, görəvimi, borcumu yerinə yetirməyə çalışmışam…

Demirəm, iddia etmirəm ki, nəsə etmişəm, borcumdan çıxmışam, amma nəsə etməyə çalışmışam, cəhd göstərmişəm…

44 günlük tarixi müharibə zamanı Bakıda deyil, cəbhə bölgəsi olan rayonumuzda-Qəhrəman Goranboyumuzda, 4 Milli Qəhrəmanı, 30-dan çox Şəhidi, bəlkə də yüzlərlə yaralısı, əlili, Qazisi olan doğma kəndimizdə-Qızılhacılımda olmuşam…

Müharibəni kənardan seyr etməmişəm, qıraqdan izləməmişəm, canlı yaşamışam…

İki dəfə kəndimiz, qəsəbəmiz murdar, namərd düşmən tərəfindən vurulub, Şəhid olan, yaralanan olub, evlər dağılıb, zərər görüb…

Hamısı gözümün qarşısında baş verib…

Hamısını anında çəkmişəm, işıqlandırmışam, paylaşmışam…

Bəzən bunlara görə qınaqlara, iradlara da rast, tuş gəlmişəm, amma heç nəyə fikir verməmişəm, yolumun düzgünlüyünə əmin olduğum üçün davam etmişəm, davam demişəm…

Müharibə günlərində kəndimizdə, qəsəbəmizdə Şəhid məclislərində iştirak etmişəm, yenə vatsapımda, Fb səhifəmdə və doğma övladım olan Etikxeber.az saytında yazmışam, işıqlandırmışam, paylaşımlar etmişəm…

Müharibə başa çatandan, tarixi Qələbə və Zəfərimizdən sonra da yoluma davam etmişəm…

Bu dəfə acılı, kədərli, dərdli, həm də Məğrur və Qürurlu Şəhid ailələrinin, Qazilərimizin, Yaralılarımızın, Vətən sevdalılarımızın yanında olmağa, onlara baş çəkməyə, onları ziyarət etməyə çalışmışam…

Dəfələrlə Qızılhacılıdakı, Səfikürddəki, Qaradağlıdakı, Borsunludakı (Goranboyun kəndləridir), Mingəçevirdəki, Sumqayıtdakı Şəhidlər Xiyabanını, Bakıdakı İkinci Şəhidlər Xiyabanını və İkinci Fəxri Xiyabanı, Şəhidlərimizin məzarlarını dəfələrlə ziyarət etmiş, Şəhidlərimizin ruhları qarşısında ehtiram baş əymiş, ruhlarına dualar etmişəm…

İlk dəfə isə ötən ilin dekabr ayının 7-də Mingəçevirdə iki övladını-Musa və Tural Həsənovları Şəhid vermiş Həsənovlar-Nəhayət və Tapdıq Həsənovların ailəsini ziyarət etmişəm…

Həmin vaxt Şəhid qardaşlardan biri-Tural Həsənovla bağlı məlumat almaq mümkün olmurdu, onun Şəhidliyi hələ təsdiqlənməmişdi…

Ailəsi ümidlə yolunu gözləyirdi…

Ancaq ailəsini ziyarətdən cəmi bir gün sonra, dekabrın 8-də Turalın da Şəhidliyi təsdiqlənmiş və nəşi ailəsinə təhvil verilmişdi…

Qeyd edim ki, Musa və Tural Həsənovların anası və həyat yoldaşları Goranboyun Qızılhacılı qəsəbəsindən, Şəhid qardaşların atası isə Ağdamın Cəmənli kəndindəndir…

Və onu da qeyd edim ki, ötən bir il ərzində dəfələrlə Həsənovlar ailəsində olmuşam, Şəhidlərimizin adını daşıyan Şəhid bulaqlarının açılışlarında, onların mövludlarında, Musanın Anım Günündə və digər anlarda iştirak etmişəm…

Dekabrı 9-da, Tural Həsənovun Anım Günündə də Həsənovlar ailəsinin yanında olacağam…

Sonra, bu ilin yanvarında Balakən rayonunda, onun ucqar kəndlərində bir neçə Şəhid və Qazi ailəsini, Şəhidlərimizin məzarlarını ziyarət etmişəm…

Şəhidlərimizdən Nəcməddin Sarkayev və Heybullah Əsdiyev, Qazilərimizdən Hacı Muradov, Hudul Hudulov, Ömər Bozbaxov, Pərviz və Nazim Urkayevlər və Məhəmməd Qalayçiyevgildə olmuşam…

Yayda isə Balakəndə daha bir Şəhidimizin, Vüsal Omarovun ailəsini ziyarət etmişəm…

Hər bir Qazi və Şəhidimiz barəsində də yazılar yazmış, paylaşımlar etmişəm…

Fevral ayında Naftalanlı Şəhidimiz Bəhruz Quliyevin ailəsini, məzarını ziyarət etmiş, yazı yazmışam…

Eyni zamanda, Naftalanlı Şəhidlərimizdən Bəxtiyar Aslanov və Fərid Allahverdiyevin məzarlarını ziyarət etmiş, hər ikisinin anası ilə görüşmüş, Şəhidlərimiz barəsində yazmış, paylaşımlar etmişəm…

Həmçinin, dekabr-yanvar aylarından başlayaraq, Goranboylu (daha çox Qızılhacılılı) Qazilərimizin özlərini, ailələrini ziyarət etmiş. onların problemlərini işıqlandırmışam…

Qızılhacılılı Şəmsi Hacıyevin, Aqil Eminovun, Elnur Xəlilovun, Müzəffər Abbasovun, Aqşin Abdullayevin, Ruslan Əliyevin, Nərimanlı kəndindən olan Fuad Həsənov və Nail Mirzəyevin, o cümlədən, Zahir Rüstəmovun, Zakir Vəliyevin, Bəhruz Ədilovun, Elvin və Anar Həsənovların, Boluslu kəndindən olan Bəhram Əhmədovun, Dəliməmmədli qəsəbəsindən olan Saleh Fətullayevin özlərini, ailələrini ziyarət etmişəm, onlarla görüşmüşəm, dəfələrlə yazmışam, paylaşımlar etmişəm…

Qızılhacılılı Şəhidlərimizdən Kənan Ələkbərlinin, Fariz Qurbanovun, Nofəl Nuriyevin, Elman Həsənovun, Səfikürdlü Sahil Rəsulovun ailəsində bir neçə dəfə olmuşam, Elşən Kərimov və İlkin Vəliyevin yas mərasimlərində iştirak etmiş, dəfələrlə məzarlarını ziyarət etmişəm…

Goranboylu Şəhidlərimizdən Buzluqlu (Baş Qışlaqlı) Vüsal Nağıyevin ailəsini, məzarını dəfələrlə ziyarət etmişəm, Tap-Qaraqoyunlulu Hidi Vəliyevin, Borsunlulu Əfqan Mirzəyevin, Qaşaltı-Qaraqoyunlu kəndindən olan terrakt qurbanlarının ailəsini-Qurbanovların ailəsini, Şəhidlərimizin məzarlarını ziyarət etmişəm…

Hər bir Şəhidimiz barədə yazmış, paylaşımlar etmişəm…

Kürdəmirli Şəhidlərimizdən Cəmil Həşimlinin, Adəm Əliyevin, Ramil Babayevin, Nahid Mikaylovun, Pəhli Qəribovun, Nurlan Dadaşovun, Tural Eyyubovun, Ülvi Azayevin, Əli Məmmədovun, Ziyadxan Əliyevin, Sehran Qəniyevin, Sərdar Əmiraslanovun və İlqar Əhmədovun ailələrini, məzarlarını ziyarət etmişəm…Dəfələrlə…

Bununla yanaşı, Kürdəmirli Şəhidlərimizdən Fərrux Hüseynovun, Zahir Mehdiyevin və Ziya Nurməmmədovun ailələri ilə görüşmüşəm…

Şəhidlərimizin hər biri, o cümlədən Pərviz Novruzov və Ramil Quliyev haqqında yazmış, Şəhidlərimizin bir çoxunun ailələrinin problemlərini gündəmə daşımış, paylaşımlar etmişəm…

Kürdəmirli Qazilərdən Natiq Bəşirovla görüşmüş, haqqında yazmışam…

Ağdaşın Qaradeyin kəndindən olan Şəhid Əkbər Məsimovun ailəsində olmuş, “Şəhid bulağı”nın açılışında iştirak etmişəm…

Şamaxının Göylər kəndindən olan Şəhid Rza Məmmədovun yas mərasimində və mövludunda iştirak etmişəm, eyni zamanda, Qaravəlli kəndindən olan Şəhid Fariz Şıxalıyevin Anım Günündə ailəsini, məzarını, Şamaxı Şəhidlər Xiyabanını, Şəhidlərimizi ziyarət etmişəm…

Yazmışam, paylaşımlar etmişəm…

Hacıqabullu Şəhidlərimizdən Pərviz Balabəyovun, Ruslan Baladovun, Elməddin Nurzalıyevin ailələrini, məzarlarını ziyarət etmişəm…

Pərviz və Elməddinin Anım Günlərində iştirak etmişəm…Yazmışam, paylaşımlar etmişəm…

Hacıqabullu İkinci Vətən Müharibəsi iştirakçılarından Fariz Pənahov və Rəhim Qoçəliyevlə görüşmüş, haqlarında yazı yazmış, paylaşımlar etmişəm..

Gəncə şəhərində Şəhid Rəşad Ələkbərovun mövludunda, “Şəhid bulağı”nın açılışında iştirak etmişəm…

Əslən Şuşalı Şəhidimizin-Nurlan Həsənovun Biləcəridəki “Şəhid bulağı”nın açılışında, ailəsində olmuş, yazı yazmış, paylaşımlar etmişəm…

Beyləqanda dünyaya gələn digər Şuşalı Şəhidimiz Dünyamin Tağızadənin anası ilə görüşmüş, Şəhidimizlə bağlı yazılar yazmış, paylaşımlar etmişəm…

Digər Gəncəli Şəhidimizin-Ramal Məmmədovun Anım Gününə qatılmış, Lökbatandakı məzarını ziyarət etmiş, yazılar yazmış, paylaşımlar etmişəm…

Gəncəli Qazilərimizdən Yusif Bayramovun özünü, ailəsini ziyarət etmiş, problemlərini işıqlandırmış, Hüseyn Salahov, Seymur Məmmədov və Nemət Mövsümov haqqında dəfələrlə yazmış və paylaşımlar etmişəm…

Samuxda, Qovlarsarı kəndində və Ziyadlı kəndlərində olmuşam, 3 dəfə…

Şəhidlərimizdən Emil Sadıqzadə və Taleh Yusifovun Anım və Cənnətdəki ad günlərinə qatılmış, yazılar yazmış, paylaşımlar etmişəm…

Sumqayıtda Şəhid Səbuhi Həsənquliyevin Anım Günündə iştirak və Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmişəm…

Sumqayıtlı (əslən Qazaxlı) Qazimiz Əfəndi Balacanovun özünü, ailəsini ziyarət etmişəm, haqqında yazmışam, paylaşımlar etmişəm…

Eyni zamanda, həyat yoldaşını Birinci Qarabağ, övladı kimi böyütdüyü bacısı oğlunu İkinci Qarabağ Savaşında Şəhid vermiş, illərdir Sumqayıtda yaşayan Maya Cabbarovanı ziyarət etmiş, Şəhidlərimiz haqqında yazmış, Şəhid xanımı və Şəhid xalasının (mənəvi anasının) problemlərini işıqlandırmışam…

Mingəçevirli Şəhidlərimizdən Əli və İslam Əhmədov qardaşlarının tək-təhna yaşayan anası Sevinc xanımı dəfələrlə ziyarət etmişəm, o cümlədən, Anım Günlərində, ev-muzeylərinin açılışına qatılmışam…

O cümlədən Şahmar Seyidovun, Telman Allahverənovun, İlkin Ağakişiyevin, Tərxan Qurbanovun, Təbriz Cüməzadənin, Ruslan Cəfərlinin, Əzim Həsənovun, Əzəmi Hüseynovun, Elçin Mirzəyevin, Ərzuman Osmanovun, Elmin Əlizadənin, Niyazi İsgəndərovun, Rüstəm Məmmədovun, Səbuhi Məmmədovun, Vüqar (Vətən) İsmayılovun, Fuad Xankişiyevin, Məhəmməd Məmmədlinin, Oruc Nəcəflinin, Əli Rzayevin, Pərvin Həmidovun, Nicat İbişovun, Elmar İbrahimovun və Emil Əmirovun ailələrini, məzarlarını dəfələrlə ziyarət etmiş, Anım günlərinə, Şəhid bulaqlarının, ev-muzeylərinin açılışlarına, mövludlarına qatılmışam…

Şəhidlərimizdən Məhyəddin Məmmədov və Cəfər Elyasov barəsində yazı yazmış, paylaşımlar etmiş, eləcə də Cəfər Elyasovun ailəsinin problemlərini işıqlandırmışam…

Eyni zamanda, bugünlərdə Mingəçevirin Birinci Qarabağ Müharibəsi Şəhidlərindən olan əslən Qəbələli Vacib Babayevin həyat yoldaşı ilə görüşmüş, Şəhidimiz və ailəsinin üzləşdiyi problemlər barədə yazmışam, paylaşımlar etmişəm…

Mingəçevirli Qazilərimizdən olan Novruz İbrahimovla görüşmüş, haqqında yazmış, paylaşım etmişəm…

Bütövlükdə Mingəçevirli Şəhidlərimizin hamısının məzarlarını dəfələrlə, bir-bir ziyarət və paylaşımlar etmişəm…

Dəfələrlə Bərdədə olmuş, Şəhidlər Xiyabanını ziyarət və paylaşımlar etmişəm…

Şəhidlərimizdən Debran Naibovun (Nayıbovun) Fəxri Qəribzadənin, Elməddin Hüseynzadənin, Xudayar Yusifzadənin, Ceyhun Quliyevin, Ərəstun Xıdırovun, Asəf Cəfərovun, Calal Calazadənin, Mehman Quliyevin, Səid Ədilovun, Aqil Quliyevin, Turqut ZeynalovunRamil PaşayevinCahid Tağızadənin, Samir (əslən Şuşalı) Ələkbərlinin, Asif Abışovun və Əli Məmmədzadənin ailələrini ziyarət etmiş, Şəhidlərimizin Anım, Cənnətdəki ad günlərinə, Şəhid bulaqlarının açılışlarına qatılmışam…

Hər biri haqqında dəfələrlə yazmış, paylaşımlar etmişəm, eləcə də digər Bərdəli Şəhidlərimizlə bağlı…

Bərdəli Qazilərimizdən Bəhruz Tağıyevin özünü və ailəsini bir neçə dəfə ziyarət etmiş, problemlərini gündəmə gətirmişəm…

Qazi Gündüz Musayevlə bağlı paylaşımlar etmişəm…

Quba rayonunda Şəhidlərimizindən Miqdat Abduləlimov və Eynulla Lətifovun ailələrini ziyarət etmiş, Anım Günlərinə qatılmış, Quba Şəhidlər Xiyabanını ziyarət etmişəm…

Şəhidlərimiz haqqında yazmış, paylaşımlar etmişəm…

Həm Bakının Səbail rayonunun, həm də İsmayıllının Şəhidlərindən olan Cəmil Məmmədlinin ailəsini həm Bakıda, həm də İsmayıllıda dəfələrlə ziyarət etmiş, Şəhidimizin mövluduna, Anım Gününə, büstünün açılışlarına qatılmışam…

Şəhidimizin özü və ailəsinin problemləri barədə yazmış, paylaşımlar etmişəm…

Eyni zamanda, dəfələrlə İsmayıllı Şəhidlər Xiyabanını, Birinci və İkinci Qarabağ Şəhidlərinin məzarlarını ziyarət və paylaşımlar etmişəm…

Şəhidimiz Aqil Mirzəliyevin anası ilə görüşmüş, haqqında yazılar yazmış, paylaşımlar etmişəm…

Həmçinin, Cülyanlı Şəhidimiz Teymur Osmanlının ailəsini ziyarət etmiş, “Şəhid bulağı”nın açılışına qatılmış, məzarını ziyarət etmişəm…

Yazılar yazmış, paylaşımlar etmişəm…

Kürdmaşı kəndindən olan Şəhid Fərid Əliyevin valideynləri ilə görüşmüş, Şəhidimizlə bağlı yazılar yazmış, paylaşımlar etmişəm…

Bakıda yaşamış, əslən Füzulili Şəhidimiz Teymur Məcizadə haqqında bir neçə dəfə yazmışam, məzarını ziyarət və Anım Günündə iştirak etmişəm…

Nizami rayonunda yaşayan Şəhidimizin-Alı Həsənlinin Anım Günündə iştirak etmiş, haqqında yazmış, paylaşımlar etmişəm…

Şəhid qardaşlar-İman və Bəhram Məmməzdalərinin ailəsini, valideynlərini ziyarət, İmanın Cənnətdəki ad günündə və Şəhidlərimizin Anım mərasimində iştirak etmişəm…

Yazılar yazmış, paylaşımlar etmişəm…

Binəqədili Şəhidlərimizdən Manaf Bəhmənlinin və Vahid Abbasovun ailələrini ziyarət etmiş, Əli Bayramovun atası ilə görüşmüşəm…

Şəhidlərimizin məzarlarına baş çəkmiş, yazılar yazmış, paylaşımlar emişəm…

Səbailli Şəhidlərimizdən Fərid Əliyevin, Cavidan Ağayevin, Bilal Qənbərovun, Murad Qurbanovun, Yusif Budaqovun, Vüsal Həsənovun, Orxan İsmayılovun və Vüsal Teymurovun ailələrini ziyarət etmiş, onların Anım və Cənnətdəki ad günlərinə, Xatirə lövhələrinin açılışlarına qatılmışam…

Eyni zamanda,Şəhid Orxan İsmayılovun Ucarın Məlikballı kəndindəki evlərini Səbailli Şəhid anaları ilə birlikdə ziyarət etmişəm…

Yeri gəlmişkən, Məlikballı Şəhidlərimizdən olan Cəsarət Məmmədovun anası ilə görüşmüş, Şəhidimiz haqqında yazmış, ailəsinin problemlərini işıqlandırmışam…

Ucarın Qazıqumlaq kəndindən olan Şəhidimiz Namiq Qarayevin ailə üzvləri ilə görüşmüş, Şəhidimizlə bağlı yazı yazmış, paylaşımlar etmişəm…

Ucarın Alpout kəndindən olan Şəhidimiz Kərim Əliyevin ailə üzvləri ilə görüşmüş, evlərini ziyarət edmiş, bir neçə yazı yazmış və paylaşımlar etmişəm…

***

Səbailli Şəhidlərimizdən İlkin Əhədzadənin, Cavidan İbrahimlinin, Əli Tağıyevin, Nicat Şükürlünün və Əli Nağıyevin ailə üzvləri ilə görüşmüşəm…

İlkin Əhədzadənin Zabitlər Evində keçirilən Anım tədbirinə qatılmışam…

Hər bir Şəhidimiz haqqında yazılar yazmış, paylaşımlar etmişəm…

Mərdəkan qəsəbəsində yaşamış Şəhid Ceyhun Nəhmətovun Anım və Cənnətdəki ad günlərinə, “Şəhid bulağı”nın açılışına qatılmış, yazılar yazmış, paylaşımlar etmişəm….

Bakılı Qazilərimizdən Elnur Məmmədovun, İkinci Vətən Müharibəsi iştirakçılarından Elvin Həmidovun ailələrini, özlərini, o cümlədən Rüstəm Mirzəyevin yaşadığı evdə özünü, ailəsini, döyüş yoldaşlarını-Teyfuru, Vüqarı, Həsəni, Ülvini ziyarət etmiş, haqlarında yazmış, problemlərini işıqlandırmışam…

Xaçmazlı Şəhidlərimizdən Kərəm Veyisovun və Davud Hacıyevin ailələrini, məzarlarını, həmçinin, Qaraqurdlu qəbiristanlığında uyuyan Şəhidlərimizin məzarlarını ziyarət etmişəm…

Davud Hacıyevin mövluduna və onunla birgə 5 Şəhidin adını daşıyan “Şəhidlər bulağı”nın açılışına qatılmışam…

Yazılar yazmış, paylaşımlar etmiş, Şəhid ailələrini narahat edən məsələləri işıqlandırmışam…

Yardımlının Dəlləkli kəndindən olan Şəhid Zahid Zahirlinin anası ilə görüşmüş, Şəhidimizlə bağlı yazı yazmış, paylaşımlar etmişəm…

Əslən Siyəzənli, ancaq uzun illər Bakıda kirayələrdə yaşamış Şəhid Rəşid Həmidovun anasını ziyarət etmiş, Şəhidimizin Anım Gününə qatılmışam…

Şəhidimizin ailəsinin (anası və bacısının) problemlərini işıqlandırmış, dəfələrlə paylaşımlar etmişəm…

Keşlə qəsəbəsindən olan Şəhidimiz Sübhan Abdurəhmanlının ailəsi ilə görüşmüş, Anım Günündə, baralyefinin açılışında iştirak etmişəm…

Özü haqqında və ailəsinin problemləri barəsində yazmış, paylaşımlar etmişəm…

Binə qəsəbəsindən olan əslən Şamaxılı Şəhidimiz Elmaz Hacıyevin anası ilə görüşmüş, Şəhidimiz haqqında yazı yazmış, paylaşımlar etmişəm..

Əslən Şamaxıdan olan, lakin Bakıda yaşamış Şəhidimiz Elvin Abasovun Şamaxıdakı məzarını ziyarət etmiş, Anım Gününə qatılmış, haqqında yazılar yazmış, paylaşımlar etmişəm…

Abşeronun Masazır qəsəbəsində yaşamış Şəhidimiz İlqar Vəliyevin həyat yoldaşı ilə görüşmüş, Şəhidimiz barəsində yazılar yazmış, paylaşımlar etmişəm…

Sabirabadlı Şəhidlərimizdən Ağacan Rəsulovun ailəsini Xəlifəli kəndində Səbailli Şəhid anaları və Qazilərimizlə birlikdə ziyarət etmiş, haqqında yazı yazmış, paylaşımlar etmişəm…

Biləsuvarlı Qazilərimizdən Səbuhi Xammədov və Qafur Hüseynli barəsində yazılar yazmış, paylaşımlar etmişəm…

Astaralı Şəhidimizi Kamran Seyfullazadənin ailəsini, məzarını ziyarət etmiş, yazı yazmış, paylaşımlar etmişəm…

Lənkəranlı Şəhidimiz Həsənağa Abdullazadənin “Şəhid bulağı”nın açılışında və bununla bağlı keçirilən mərasimdə iştirak etmişəm…

Yazılar yazmış, paylaşımlar etmişəm…

Ağdamlı Şəhidlərimizdən Xalid Hassanın və Samir Fərzəliyevin Anım günlərində iştirak etmişəm…

Haqlarında yazmış, paylaşımlar etmişəm…

Ağcabədili Şəhidlərimizin hamısı haqqında yazmış, Qaraxanlı kəndindən olan Şəhidimiz Nurlan Quliyevin Anım və Cənnətdəki ikinci ad günündə iştirak etmişəm…

Yenə yazılar yazmış, paylaşımlar etmişəm…

Bugünlərdə Tovuzun İkinci Vətən Müharibəsi iştirakçılarından olan Baş leytenant Cəbrayıl Mirzəyevlə görüşmüş, onun döyüş yolu barədə yazmış, paylaşımlar etmişəm…

Bununla belə, Etikxeber.az-da, Fb səhifəmdə digər Şəhidlərimiz, Qazilərimiz barəsində mütəmadi paylaşımlar etmişəm…

Bəli, yoluma davam edirəm və edəcəyəm…

Şəhidlərimizin ruhları, onların özləri kimi Qəhrəman valideynləri, Qazilərimiz, Vətən sevdalılarımız qarşısında borcumdur, görəvimdir…

Onların borcundan nə etsəm də, nə etsək də çıxa bilmərəm, çıxa bilmərik…

Onlara olan borcum, borcumuz heç zaman ödənməz, ödənməyəcək…

Allahdan Şəhidlərimizin məkanlarının cənnətlik, məzarlarının behiştlik, məqamlarının Uca olmasını, acılı ailələrinə səbr diləyir, Yaralı və Qazilərimizə isə şəfa arzulayıram!

Hər biri qarşısında ehtiramla baş əyirəm!

Fəxrimiz, Qürurumuzdurlar!

Digər xəbərlər
SON XƏBƏRLƏR