Nazir şöbə müdirini özünə müşavir təyin etdi - Yeni təyinatlar

img

06-12-2021 [11:19]


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə nazir Muxtar Babayev əmr imzalayıb.Əmrə əsasən, Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vəzifəsindən azad edilib.O, nazirin müşaviri təyin olunub. 

ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib:

"Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə Rasim Səttarzadə təyinat alıb. Bu təyinata qədər o, Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri olub. R.Səttarzadə 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.

Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsinə isə 2013-cü ildən Nazirlikdə çalışan Faiq Mütəllimov təyin olunub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA