Salyanda yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsi saxlanılıb

img

02-12-2021 [20:31]


Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Ramil Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

Onun qanunazidd hərəkətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.

Həmin şəxs barəsində RPŞ-də araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR