AFFA Canni De Byaziyə vaxt verib - Açıqlama

img

02-12-2021 [14:33]


Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Canni De Byaziyə 2022-ci il Millətlər Liqasının seçmə mərhələsinin sonunadək vaxt verilib.

Bu barədə "Report"a AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov məlumat verib. M.Məmmədovun sözlərinə görə, məhz bu səbəbdən, italiyalı mütəxəssislə müqavilə 2022-ci ilin oktyabrınadək uzadılıb.

Yaxın bir ay ərzində De Byazinin Millətlər Liqasına hazırlıq planını təqdim edəcəyini deyən İcraiyyə Komitəsinin üzvü daha sonra yekun qərarın veriləcəyini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR