Bakıda silahlı şəxs saxlanılıb

img

02-12-2021 [12:41]


Bakı sakinində silah-sursat aşkarlanıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ş.Rəcəbovun yaşadığı Şüvəlan qəsəbəsindəki evinə baxış zamanı oradan nömrəsi silinmiş pnevmatik tapança, 15 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR