"Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir” - Baş prokurorun birinci müavini helikopter qəzasından danışdı

img

01-12-2021 [13:47]


"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb".

Bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: “Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.

E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: “İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA