Dünya çempionatı: Azərbaycan millisi qələbə qazanıb

img

30-11-2021 [21:22]


Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Məlumata görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı altıncı sınağında Monteneqro yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da oynanılan qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 24-cü dəqiqədə Ayşən Əhmədova vurub.

Qeyd edək ki, hazırda Azərbaycan seçməsi 3 xalla sonuncu - 6-cı, Monteneqro isə 9 xalla 3-cüdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA