Premyer Liqanın oyunlarınında 1 dəqiqəlik sükut olacaq

img

30-11-2021 [17:20]


Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarında bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılacaq.

Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovun verdiyi məlumata görə, yüksək liqa matçları ilə yanaşı, I Divizionunun sabah keçiriləcək 3 görüşündə də 1 dəqiqəlik sükut elan olunacaq.

"Bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərimizin ailələrinə və xalqımıza dərin hüznlə baş sağlığı veririk", - PFL rəsmisi bildirib.

Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, XIII turun oyunları 4 - 5 dekabrda gerçəkləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA