Yaşadığı evi icazəsiz tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb

img

30-11-2021 [15:55]


Kürdəmirdə yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstəsi saxlanılıb.

Mia.az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 xəstəliyinin analizi pozitiv çıxmış və hazırda virusun daşıyıcısı olan rayonun Şahsevən kənd sakini 1990-cı il təvəllüdlü Usubov Musa Malik oğlu yaşadığı evi icazəsiz tərk etməsi halı polis əməkdaşları tərəfindən müəyyən edilib.

Musa Usubov yaşadığı evdən 10 km aralıda yerləşən aptekə gedərək virusun digər insanlara keçməsi təhlükəsi yaradıb. Dərhal Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Musa Usubov saxlanılıb onunla profilaktik söhbətlər aparıldıqdan sonra yaşadığı evə geri gətirilib.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA