Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən sürücü tutulub

img

30-11-2021 [12:52]


Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs tutulub.

Mia.az DİN-ə istinadla bildirir ki, noyabrın 29-da saat 7 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 1 ədəd 100 manatlıq saxta əsginas təqdim edən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Ziyəddinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi aidiyyəti üzrə 32-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR