Fransanın şimalında quş qripi ocağı aşkarlanıb

img

27-11-2021 [18:00]


Fransanın şimalında yerləşən Nor əyalətinin Varam şəhərindəki quş fermalarından birində quş qripinin yayıldığı qeydə alınıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlik bununla əlaqələr olaraq quş fermalarına müraciət edərək, onları bioloji təhlükəsizliyin təmin olunması qaydalarına riayət etməyə çağırıb.

Xatırladaq ki, ilin əvvəlində Fransada quş qripi virusunun 400-dək ocağı aşkarlanıb. Epidemiyanın qarşısını almaq üçün 3,5 milyondan çox ördək və toyuq məhv edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA