Mərkəzi Xəstəxanaya direktor əvəzi təyin olunub

img

26-11-2021 [11:16]


Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib.

İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA