İdarə rəhbəri: "Məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məsələ lokal şəkildə həll olunur"

img

25-11-2021 [16:08]


"Məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məsələ lokal şəkildə həll olunur".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

İdarə müdiri bildirib ki, harada ciddi problem varsa, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin yerdə ya məktəb, ya da sinif distant təhsilə keçir: "14 gündən, yəni karantin rejimi bitəndən sonra yenidən əyani tədrisə qaytarılır. Bir faktı xüsusi qeyd edim ki, problem yavaş-yavaş daha yaxşı istiqamətə yönəlib".

M.Vəliyeva bəzi məktəblərdə idman zalları kiçik olduğundan dərslərin məktəbin həyətində keçirilməsi məsələsinə də münasibət bildirib: "Mövcud problemlərin həlli proqramlaşdırılmış və təhlil olunmuş şəkildə həyata keçirilir. Növbəli şəkildə məktəblərin təmiri, infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA