Messi: "Ronaldu ilə rəqabət gözəl hekayə oldu"

img

23-11-2021 [21:13]


Fransa PSJ-sinin futbolçusu Lionel Messi İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edən Kriştianu Ronaldu ilə rəqabətindən danışıb.

Məlumata görə, argentinalı hücumçu "Marca" nəşrinə açıqlamasında 36 yaşlı forvardla eyni hədəflər uğrunda həm fərdi, həm də komanda səviyyəsində yarışdıqlarını bildirib.

Messinin sözlərinə görə, portuqaliyalı oyunçu ilə rəqabət özləri və azarkeşlər üçün çox gözəl hekayə oldu. "Bu xatirə futbol tarixində qalacaq".

Qeyd edək ki, Lionel Messi ötən mövsümün sonunda İspaniya "Barselona"sını PSJ-yə dəyişib. Kriştianu Ronaldu isə bu ilin avqustunda İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA