Saakaşvilinin səhhəti ilə bağlı rəsmi açıqlama: "Onun aclıqdan sonra qidalanması bərpa edilir və..."

img

22-11-2021 [21:47]


“Son məlumatlara əsasən, Mixeil Saakaşvilinin vəziyyəti sabit və qənaətbəxşdir”.

Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze “İmedi” telekanalının efirində deyib.

Nazirin sözlərinə görə, keçmiş prezidentin müalicəsi davam etdirilir: “Onun aclıqdan sonra qidalanması bərpa edilir və simptomatik müalicəsi aparılır”.

R.Breqadze qeyd edib ki, Ədliyyə Nazirliyi M.Saakaşvilini müalicə edən tibbi heyətlə daimi əlaqə saxlayır.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA