Rusiya mətbuatından iddia: Ukrayna ordusu hərbi əməliyyatlara başlayıb

img

22-11-2021 [12:41]


Hazırda Qorlivka şəhərində ağır döyüşlər gedir, şəhərin ətrafı darmadağın edilir.

Bu barədə Rusiyanın mətbu orqanı olan “Regnum” yazıb.

"Ukrayna silahlı qüvvələri səhərə yaxın 5.30-dan etibarən Qorlivka şəhərinin qərb və şimal-qərb ətraflarını iriçaplı pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutur. Atəşin intensivliyi 6 saata yaxın ardıcıl olaraq səngimir. Demək olar ki, şəhərin bütün ərazilərində mərmilərin partlaması və atışma səsləri eşidilir. Sakinlərin bildirdiyinə görə, bəzi ərazilərdə, xüsusən də Mayorsk yaxınlığında döyüşlər başlayıb ”, - mətbu orqanı yazır.

"Regnum"un yazdığına görə, noyabrın 21-də də Donbasda atışmalar olub. 

Son vaxtlar Kiyev Donbasda nəzarəti ələ keçirmək üçün  əks-hücum əməliyyatlarını aktivləşdirib/Ölkə.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA