"Fedya” ləqəbli Firudin Əliyev və qrup üzvləri həbs edilib - Rusiyada + FOTOLAR

img

22-11-2021 [12:18]


Rusiyanın Tver vilayətinin Kimrı şəhərində azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri həbs edilib.

Yerli KİV-lərin məlumatına görə, dəstə üzvləri reketçilik, quldurluq, soyğunçuluq və narkotik alverində günahkar bilinirlər.

Məlumata görə, dəstəyə “Fedya” ləqəbli Əliyev Firudin Tahir oğlu rəhbərlik edirmiş. Dəstə illərdir Kimrı şəhərini qorxu altında saxlayırmış.

Axtarış zamanı onların yaşadığı mənzillərdən külli miqdarda silah, avtomobil qaçırmaq üçün xüsusi düzəldilmiş alətlər, saxta pasportlar götürülüb.

Xəbərdə o da deyilir ki, saxlanılanlar əksəriyyəti əvvəllər məhkum həyatı yaşayıblar. Onları yerli hüquq-mühafizə orqanlıarının himayət etdiyi də bildirilir. Hazırda bu istiqamətdə araşdırma aparılır/Lent.az.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR