COVID-19-dan sağalmış bəzi insanlarda sonradan eşitmə problemi yaranır

img

21-11-2021 [10:00]


Koronavirusdan sağalan insanlarda sonradan nadir rast gəlinən fəsadlar üzə çıxa bilər.

Bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov deyib.

O bildirib ki, COVID-19-dan sağalmış insanlarda sonradan eşitmə sinirinin zədələnməsi qeydə alına bilər.

Koronavirusun ikinci fəsadını xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, tibb elmləri doktoru Vladislav Jemçuqov aşkarlayıb. Tibb mütəxəssisinin apardığı müşahidələr zamanı məlum olub ki, xəstəlikdən sonra beynin yayılmış zədələnməsi yarana bilər, bu zaman mikrotromboz və sistemli iltihab baş verir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA