İrina Zaretska dünya çempionu olub - Asiman Qurbanlı isə bürünc medal qazanıb

img

20-11-2021 [18:54]


Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında qızıl medal qazanıb.

***

Azərbaycan karateçisi Asiman Qurbanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Mia.az Report-a istinadla bildirir ki, 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.

Qeyd edək ki, bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq. Zaretska italiyalı Silvia Semeraro, komanda isə Özbəkistanla üz-üzə gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR