İcra başçısının oğlu rəis təyin olundu

img

19-11-2021 [14:21]


Daxili İşlər orqanlarında yeni təyinat olub.

Məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Xəlil Bayram oğlu Səfərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.

O, bundan əvvəl Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsində çalışıb/Lent.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA