Argentinada polis futbolçunu güllələyərək öldürüb

img

19-11-2021 [13:00]


Argentinanın "Barrakas Sentral" klubunun futbolçusu Lukas Qonsales dünyasını dəyişib.

"Marca" xəbər verir ki, polis 17 yaşlı oyunçunu güllələyərək öldürüb.

İnsident paytaxt Buenos-Ayresdə baş verib. Qonsales 3 dostu ilə birlikdə avtomobildə olarkən polis maşınına atəş açıb. Daha sonra avtomobil yol ayrıcında onu saxlamaq istəyən polis maşınına çırpılıb.

"Barrakas Sentral" klubu məsələ ilə bağlı ədalətli araşdırma tələb edib. Klub 3 günlük matəm elan edib və bu müddətdə idman tədbiri keçirməyəcəyini açıqlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA