İranla sərhəd minalardan təmizlənir, mühəndis çəpərləri quraşdırılır - DSX-dən açıqlama

img

19-11-2021 [11:33]


Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Mia.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitə­lərinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri, eləcə də sərhəd mühafizə infrastruk­turunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.

Noyabrın ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan-İran dövlət sərhədi­nin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləş­dirilib.

Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 m məsafədə işlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA