Bakıda daha bir məktəbdə dərslər dayandlrıldı

img

18-11-2021 [13:30]


Bakıda 282 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mia.az-a verilən məlumata görə, məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA