“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı

img

17-11-2021 [18:20]


Nar” texniki heyətinin hazırladığı və həyata keçirdiyi “Mobil rabitənin əsasları” təlimi müvəffəqiyyətlə yekunlaşıb.

Mia.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən təlimdə iştirak edən tələbələr sertifikatlarla təltif ediliblər.

Rabitə texnologiyaları mövzusunda keçirilən təlimdə tələbələr mobil şəbəkənin fəaliyyətini “Nar”ın texniki heyətinin real təcrübəsi əsasında öyrəniblər.

Bildirilib ki, tələbələrin mobil rabitə bazarına peşəkar kadr olaraq hazırlanması və məzun olduqdan sonra qısa müddət ərzində uğurlu karyera qurmaları üçün keçirilən təlim “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir.

Qeyd edək ki, mobil operator AzTU ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində “Nar” əməkdaşlarının keçirdiyi təlimlərlə yanaşı universitetin nəzdində “Nar” GSM laboratoriyası da fəaliyyət göstərir. Universitetlə əməkdaşlığın əsas hədəfi yerli telekommunikasiya ixtisası üzrə təhsil alan azərbaycanlı gənclərin nəzəriyyə ilə yanaşı təcrübi biliklərə də yiyələnərək rabitə bazarında əcnəbi həmkarlarından üstün mövqelərə yiyələnməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA