Səhiyyə Nazirliyi xüsusi risk qrupuna aid olan şəxslərə müraciət edib: "Elə xəstəliklər var ki..."

img

17-11-2021 [15:25]


"Elə xəstəliklər var ki, ona qarşı bir dəfə peyvənd olunduqdan sonra ömürlük immunitet yaranır. Təəssüf ki, koronavirus infeksiyası bu qrupa aid deyil”.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, müəyyən vaxtdan sonra orqanizmdə süni qazanılan immunitet azalmış olur: “Xüsusi risk qrupuna aid olan şəxslər daha etibarlı müdafiə üçün "buster" dozanı vurdurmaları tövsiyə olunur. Bu praktika tək Azəbaycanda deyil, bütün dünya ölkələrində tətbiq edilir.

İnsanlara buradan səslənirəm ki, əldə etdikləri imkanları dəyərləndirsinlər. Çünki xəstələnənlərin az olması peyvənd olunma ilə əlaqəlidir. Vəziyyət nəzarət olunan səviyyədədir. "Buster" doza alan vətəndaşların sayı kifayət qədərdir. Tək bu doza deyil, iki il ərzində virusa yoluxmayan və ya xəstələnən şəxslər də vaksinasiya prosesində fəal iştirak etsinlər”/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA