İnfeksionistdən COVİD-lə bağlı yeni açıqlamalar: "Məhdudiyyətlərin aradan qaldırılması xəstəliklərin artmasına səbəb olub"

img

17-11-2021 [15:17]


“Payız-qış mövsümündə respirator virus infeksiyaları artır. Hava-damcı yolu ilə yayılan xəstəliklərdən qorunma üsulları eynidir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, keçən ilin müvafiq dövründə qrip virusuna az rast gəlinirdi: “Çünki bir sıra məhdudiyyətlər var idi. Bu il məhdudiyyətlər aradan qaldırıldığı üçün xəstəliklərin sayında artım müşahidə olunur. Bu da təbiidir. Risk qrupuna aid olan şxəslərin qripə qarşı peyvənd olunması arzu olunandır.

Səbəbindən asılı olmayaraq virusa yoluxan şəxs özünü izolyasiya etməlidir. Yaxma götürüldükdən sonra onun COVID-19 xəstəsi olub-olmadığı müəyyən edilir. Qərar vermək yalnız həkimlərin işidir. Tövsiyə odur ki, xəstəlik əlamətləri varsa mütləq həkimə müraciət etmək lazımdır”/Report

Nazirlik rəsmisinin sözlərinə görə, kKoronavirusla əlaqəli başlanğıc əlamətlər əksər vaxt eyni olur: "Əsas odur ki, ilk günlərdə əlamətlər aşkar olunsun”.

Onun sözlərinə görə, xəstəliyin ilkin əlamətləri oxşardır: “Xəstənin taleyi vaxtında verilmiş qərardan ciddi asılıdır. İlkin əlamətlə qərar vermək olmaz. Əks halda xəstə gecikmə ilə ağır fəsadlaşma üzləşə bilər”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA