Deputat: "Döyüşlərdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq maaş verilməsi nəzərdə tutulub"

img

17-11-2021 [11:50]


“Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir”.

Bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır. Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə, döyüşlərdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq maaş verilməsi nəzərdə tutulub və bu, layihədə əksini tapıb. Maliyyə naziri dedi ki, bu qanunun maliyyə mənbəyi yüksəkdir”, - o vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA