“Təmizlik.az” şirkətinin işçisi 19-cu mərtəbədən yıxılaraq ölüb

img

16-11-2021 [15:29]


Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda adı çəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynlinin Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb və Səid Hüseynli yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA