"Vəziyyət çox gərgindir və..." - Polşa Belarusla sərhəddə müharibə gözləyir

img

16-11-2021 [14:35]


Polşa Belarusdan sərhədi keçməyə çalışan miqrantların silahlı ola biləcəyindən ehtiyat edir.

Bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.

"Biz hazır olmalıyıq. Bəzi insanlar bu silahlardan müxtəlif üsullarla Polşa sərhədçilərinə və sərhədi qoruyan əsgərlərə hücum etmək üçün istifadə edə bilərlər. Bu, baş verə biləcək real ssenaridir ", - deyə Yablonski bildirib.

Yablonski qeyd edib ki, Belarus tərəfdən daim atəş səsləri eşidilir: "Vəziyyət çox gərgindir və hər an pisləşə bilər. Biz gözlənilməz tərəfdaşla üzləşdiyimizi başa düşməliyik. Vəziyyətin çox ciddi gərginləşməsinə hazır olmalıyıq. Bu, artıq Polşanın təhlükəsizliyinə ən ciddi təhdiddir. Mən müharibədən və ya genişmiqyaslı güc tətbiqindən qorxmaq fikrindən uzağam, lakin eskalasiyanı istisna edə bilmərik”/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA