ABŞ-ın Avropa Komandanlığının rəhbəri Gürcüstana səfər edib

img

16-11-2021 [12:29]


ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığının komandanı, general-mayor Devid Tabor Gürcüstana ilk işgüzar səfər edib.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri Cuanşer Burçuladze D.Taborla görüş keçirib. Nazir ABŞ tərəfinə daimi və artan dəstəyə görə təşəkkürünü bildirib. Tərəflər Gürcüstanın Müdafiə Qüvvələrinin modernləşdirilməsi üzrə cari və planlaşdırılan prosesləri, iki ölkə arasında müdafiə sahəsində birgə layihələri müzakirə ediblər.

D.Tabor həmçinin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Giorgi Matiaşvili ilə də görüşüb. Müzakirələr zamanı Gürcüstan və ABŞ-ın Avropadakı Komandanlığı arasında əməkdaşlığın daha da dərinləşdiriləcəyinə ümidvarlıq ifadə olunub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA