Yanukoviç Kiyevdən getdi - (Yenilənib)

img

22-02-2014 [12:01]




Viktor Yanukoviç Xarkovdadır. Musavat.com-un Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi jurnalistlərə deyib. Onun sözlərinə görə, Yanuokviçin Xarkovda olduğunu bu ölkənin xarici işlər naziri telefon danışığında təsdiqləyib. Nazir prezidentin Xarkovda hansısa görüşdə iştirak etməli olduğunu bildirib.

Dövlət Departamentinin nümayəndəsi hesab edir ki, bunu Viktor Yanukoviçin Kiyevdən qaçması kimi qiymətləndirmək doğru deyil. Çünki, əhəmiyyətli siyasi addımlardan sonra ölkənin şərqindəki "baza”sına səfər etmək Yanukoviç üçün ənənəvidir.

Xarkovun hava limanından isə İTAR-TASS-a bildiriblər ki, prezidentin təyyarəsi Xarkova enməyib.


***

03.00

Ukrayna prezidenti Viktor Yanukoviç xüsusilə etibarlı bir neçə cangüdəninin müşayiəti ilə Xarkova gedib. Musavat.com xəbər verir ki, məlumatı yerli KİV yayıb.

Prezident təyyarəsində parlamentin spikeri Vladimir Rıbak və Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyev də var.

Məlumata görə, təyyarə Kiyev-Xarkov-Mariupol-Rusiya martşurutu ilə uçmalıdır. Lakin marşrutda dəyişiklik edilə bilər.

Yeri KİV yazır ki, Yanukoviç 2004-cü il Konstitusiyasına qayıdışla bağlı Ali Radanın ötən gün qəbul etdiyi qanunu imzalamağı məqsədəuyğun saymır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA