“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? - Məşhur şirkətdən inanılmaz hərəkət
15-11-2021 [16:55]
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” uzun müddətdir müştərilərə məşhur Almaniya brendi kimi təqdim etdiyi “Hoffmann” adlı məhsullar satır.
Bu məhsulların arasında paltaryuyan, soyuducu, mobil telefon, kondisioner, kombi və digər məişət texnikaları var.
Yeniavaz.com xəbər verir ki, “Kontakt Home”un rəsmi veb-səhifəsində “Hoffman” (əslində brendin orjinal adının sonunda 2 “n” hərfi olmalıdı –red.) brendinin texnoloji avadanlıqlar istehsal edən Almaniya mənşəli brend olduğu qeyd olunub.
“Kontakt Home”un məlumatında qeyd olunur ki, məhsullarında daha çox müştəri məmnuniyyəti və keyfiyyətə önəm verən “Hoffman” brendi bütün dünyada və eləcə də ölkəmizdə olduqca sevilir.
Maraqlıdır ki, “Kontakt Home”un “Hoffmann” adı ilə müştərilərə təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi məhsullar dünyanın heç bir ölkəsində satılmır. “Kontakt Home”da satılan istənilən “Hoffmann” adlı məhsulu internet axtarış sistemlərində, həmçinin sosial şəbəkələrdə axtarışa versəniz qarşınıza yalnız Azərbaycan seqmentində olan saytlar çıxacaq. Yəni, “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsullar Azərbaycandan başqa dünyanın heç bir ölkəsində satılmır. Belə görünür ki, bu məhsullar yalnız Azərbaycan bazarı üçün istehsal olunur.
“Dünyada məşhur olan şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var...
“Kontakt Home”da satılan “Hoffmann” adlı məhsullarla bağlı daha bir maraqlı məqam odur ki, bu məhsulların siyahısını yalnız “hoffmann-electric.com” adlı veb-saytda yerləşdiriblər. “Kontakt Home” satdığı məhsullarda da bu veb-saytda yer alan və üzərində Almaniya bayrağının əks olunduğu loqodan istifadə edir.
“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir?
Bu veb-saytın “Haqqımızda” bölməsində qeyd olunur ki, “Hoffmann” yüksək səviyyəli məişət texnikası istehsalçısı kimi bütün dünyada məşhur olan beynəlxalq şirkətdir.
Amma çox qəribədir ki, həmin saytda “bütün dünyada məşhur olan beynəlxalq şirkətin” nə ünvanı, nə də əlaqə vasitələri var. Yeganə əlaqə vasitəsi e-mail ünvanıdır ki, bu da aktiv deyil. “Bütün dünyada məşhur olan beynəlxalq şirkətin” “[email protected]” adlı ünvanına məktub göndərmək belə mümkün deyil.
“Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların yer aldığı yeganə veb-sayt - “hoffmann-electric.com”-un qeyd olunduğu “Hoffmann Electronics” adlı “Vikipedia” səhifəsi var və bu səhifə cəmi bir il əvvəl qurulub və məlumatlar türk dilində təqdim olunur. Maraqlıdır ki, səhifədə yer alan məlumatın ilk cümləsində qeyd olunur ki, “Hoffmann” Almaniya mərkəzli istehsalçıdır. Amma, alman dilində bir cümlə də olsun məlumat yoxdur.
“Kontakt Home” məhsulun hansı ölkədə istehsal olunduğunu niyə gizlədir?
Diqqət çəkən məqamlardan biri də odur ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə (13-cü maddə) zidd olaraq “Kontakt Home”un onlayn şəkildə satışa çıxardığı “Hoffmann” adlı məhsulların əksəriyyətində istehsalçı ölkə göstərilməyib. Yalnız, bəzi məhsullarda istehsalçı ölkənin Çin olduğu qeyd olunub.
Sullara niyə cavab verilmir?
Bəs görəsən, “Kontakt Home”un məşhur Almaniya brendi kimi təqdim etdiyi və bütün dünyada sevildiyini iddia etdiyi bu məhsullar niyə Azərbaycandan başqa heç bir ölkədə satılmır?
Qeyd olunan məsələlərə aydınlıq gətirmələri üçün suallarımızı “Kontakt Home”a ünvanlasaq da, mağazalar şəbəkəsindən suallarımıza cavab verilmədi.
Onu da qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur və bu şirkətə 2020-ci ilə kimi millət vəkili Elnur Abdullayev rəhbərlik edib.
Əslində “Hoffmann” brendi nədir?
Məlumat üçün onu da bildirək ki, dünyada məşhur olan “Hoffmann” adlı Almaniya brendi var. Bu brend 1919-cu ildə qurulan və hazırda dünyanın 50-dən çox ölkəsində, ümumilikdə 69 nümayəndəliyi və distribütoru ilə fəaliyyət göstərən “Hoffmann Group” adlı şirkətə məxsusdur. “Hoffmann Group” adlı şirkət əsasən inşaat sektorunda istifadə olunan alətlər istehsal edir.
Bu şirkətin rəsmi veb-səhifəsində istehsal etdiyi məhsulların siyahısı var və onların arasında “Kontakt Home”un satdığı “Hoffmann” adlı məhsulların (telefon, paltaryuyan və s.) heç biri yoxdur.
Sonda onu da qeyd edək ki, yanlış məlumat verərək müştərini çaşdırmağa çalışmaq “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə görə qanun pozuntusu hesab olunur.
Qəzzada məktəb bombalanıb - Yaralılar var
Ceyranbatana gedən nəhəng su kəmərində qəzalı vəziyyət - Günlərdir su sızır, baxan yoxdur (VİDEO)
Türkiyədə 74 nəfər qidadan zəhərlənib - Toyda...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda qətl: 14 yaşlı uşaq 15 yaşlı uşağı öldürüb
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: "Bu, böyük risk yaradır"
Afrikada nazir və məmurların olduğu təyyarə qəzaya uğrayıb - FOTO
"Bir həftədir Londondayam" - Əbülfəs Qarayev
Mətbuat katibi əvvəl vecinə almır, sonra isə... - Baş redaktor yazdı, "bizlik deyil" deyən qurum rəsmisi bu dəfə elə hərəkət etdi ki...
Fərhad Quliyev bu qurumdakı vəzifəsindən də azad edildi
İlham Əliyevdən fərman: Mərkəzi icra hakimiyyəti orqanlarının Əsasnaməsi təsdiqləndi
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
Almaniya neonasistləri axtarır: 535 nəfər gizlənib
Sergen Yalçın əməliyyat olunub
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi - ADY-də maraqlı təyinat oldu (FOTO)
Peskov: "Rusiya NATO ilə müharibə tərəfdarı deyil, ancaq..."
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş..."
Sosial şəbəkədə dələduzluq - Yüzlərlə şəxsi aldadanlar tutulub
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır, reanimasiyadadır"
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi - Səbəb
SABİQ NAZİRİN OĞLUNUN MOSKVADAKI BİZNESİ: 16 milyon zərər var
"Qarabağ" azarkeşlərə müraciət edib
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ - İH-də dava + FOTO
"O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə..." - Rəşad Məcid yeni foto yaydı
AVP-dan istefalar başlayıb: 44 nəfər üzvlükdən çıxmaq üçün ərizə yazıb - Elçin Ağamalı məhkəməyə hazırlaşır
Xidməti otaqda intim oyunlar - Polkovnik azadlığa çıxdı
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı - Açıqlama yayıldı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub - FOTOLAR
AGENTLİK İŞÇİSİ MİNAYA DÜŞDÜ - Ermənistanla sərhəddə
İlham Əliyevin UzA-ya müsahibəsi: Türk dünyasında yeni strateji müttəfiqlik erası - Deputat yazır
Müğənni: "Manaf Ağayev də videonu sildirib"
İran süni yağış yağdırır - Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb
Türklərin 36 faizi heç bir partiyaya inanmır - SORĞU
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq