Azərbaycanın 205 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib
01-11-2021 [16:47]
Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tədbirlər davam etdirilir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər keçirilib, həmçinin müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunub.
Birgə əməkdaşlıq çərçivəsində bugünədək 109 təsərrüfatda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə videomonitorinqlər aparılmiş, 40 pomidor istehsalı müəssisəsinə isə rusiyalı mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilmişdir.
AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun rəhbərliyi arasında aparılan mütəmadi danışıqlar, ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad və görülən işlərin məntiqi nəticəsi olaraq Agentliyin zəmanəti ilə həmin təsərrüfatlarda vizualizasiya aparılmadan “Rosselxoznadzor" tərəfindən 1 noyabrdan daha 18 pomidor istehsalı müəssisəsindən pomidor ixracına icazə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 205 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 360133 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 200.1%-ni təşkil edir.
Qeyd edək ki, pomidor yetişdirilən təsərrüfatlarda zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı effektiv mübarizə tədbirlərinin aparılması məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən keçirilən monitorinqlərin miqyası daha da genişləndirilmiş və təsərrüfatların sağlamlaşdırılması istiqamətində sahibkarlara hərtərəfli metodiki köməklik göstərilməkdədir.
"Beşiktaş" Samuel Çukvueze ilə maraqlanır
Dövlət Neft Fondu 317 min manatı elə şeylərə xərcləyir ki...
Yeni rəislər vəzifədən azad olundular
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olundu - FOTOLAR
Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
"Nyukasl Yunayted" bu təklifə razı olmadı - 140 milyon avro...
Yazıçı Anar: "Bu, bəlkə də, mənim üçün taleyin cəzasıdır”
Əli Əsədov müavinləriylə birgə mərasimdə - FOTOLAR
Sabiq nazirlər Qusmanla bir arada - FOTO
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir - Daha bir zərərçəkən ifadə verib
Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verdi
"Çelsi" 19 yaşlı müdafiəçi transfer edib
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
"Rizəspor" müdafiəçi transfer edib
Sabahın hava proqnozu açıqlandı
"Flamenqo" klubu kolumbiyalı yarımmüdafiəçini transfer edib
Dövlət Su Ehtiyatları Agentliyi barədə daha bir qərar imzalanıb
KXCP-nin deputatlığa keçmiş namizədi tutulub - Narkotiklə
"Olimpik Marsel" İgor Payxaonu heyətinə qatdığını açıqlayıb
Brahim Diaz "Real Madrid" ilə müqaviləsini yeniləyəcək
"Məişət Zorakılığının Qarşısının Alınmasında Müasir Tendensiyalar və Maarifləndirmə Metodları" adlı dəyirmi masa keçirilib - FOTOLAR
"Anderlext" Yasin Özcanı icarə əsasında transfer edib
"Vulverhempton" David Moller Vulfunu heyətinə qatıb
"Göztəpə" braziliyalı müdafiəçi ilə müqavilə imzaladı
Nazirlik vergi borcu olan şirkətlə anlaşıb
"Göztəpə"nin oyunçusu "Əl Nəcmə" klubuna transfer olub
Azərbaycanda isti hava şəraiti davam edir
Allan Saint Maksimin yeni komandaya imza atmağa hazırlaşır
Kadırovdan Türkiyədə sensasiyalı hərəkət... - Çeçen lider özəl xəstəxanaya yerləşdirilib (AÇIQLAMALAR)
Türkiyədə "əfsanəvi başqan"ın oğlunu öldürüblər
Yəməndə miqrant qayığı batıb - 55 nəfər ölüb, itkin düşənlər var
Tərtərdə silahla insident: qazi saxlanıldı
Lionel Messi zədələnib
Sahibə Qafarova Türkmənistanda belə qarşılandı
Qəzzada daha 119 fələstinli həlak olub
Hatayda zəlzələ oldu - 3,9 bal gücündə
Dia Sabanı gözlənilməz komandaya keçib
Semih Kılıçsoy "Kalyari" ilə müqavilə imzaladı
Şabrandakı meşə yanğını söndürülüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"News24.az" saytına xəbərdarlıq olundu