"HƏMİN PULU DA REKTORA VERDİM" - Universitetin sabiq şöbə müdirinin məhkəməsində maraqlı faktlar açıqlanır
15-11-2021 [14:48]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İradə Quliyeva ifadə verib.
O bildirib ki, Türkmənistanda doğulub, Rusiya vətəndaşıdır.
İ.Quliyevanın sözlərinə görə, BSU-da əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə 6 800 manat pul ödəyib: "Həmin vaxt İkinci Qarabağ müharibəsi gedirdi. Dürdanə Əliyeva mənə dedi ki, təhsil haqqını ödəmə terminalı vasitəsi ilə onun hesabına ödəyim. Pulu ödəyəndə hesab nömrəsində Dürdanə Əliyevanın adı yazılmışdı. O bildirdi ki, ölkədə müharibə şəraiti olduğu üçün insanlara kömək edirik. Universitetə gəlmədən pulu rahat şəkildə ödədim. Sonradan mənə universitetdən zəng etdilər ki, ödədiyim pul kassaya köçməyib və ora borc var".
Şahid ifadəsinə münasibət D.Əliyeva həmin məbləğin onun hesabına ödənildiyini təsdiqləyib.
D.Əliyeva bildirib ki, İ.Qulievadan aldığı pulu həmin vaxt BSU-nun rektor vəzifəsində çalışmış Nurlana Əliyevaya verib.
Məhkəmədə ifadə verən digər şahid də universitetdə təhsil almaq üçün D.Əliyevaya 1 000 manat pul verdiyini deyib: "BSU-da əlavə təhsil üçün ora 2 300 manat ödəməli idim. Sonradan danışıb, universitetə 1 000 manat verdim. Dürdanə Əliyeva mənə dedi ki, bankla ödəyəndə sonradan problem olur. Həmin pulu ödədim, lakin tələbə bileti vermədilər. Sonra pandemiya ilə bağlı tədris də dayandı. Yanvar ayında bildim ki, mənim universitetə borcum var".
O, məhkəmədən dəymiş ziyanın ödənilməsini xahiş edib.
Proses noyabrın 22-də davam etdiriləcək/Report
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.
D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq