Yevlax rayonunda qəbiristanlıqdan oğurluq edilib

img

15-11-2021 [12:11]


Yevlax rayonunda qəbiristanlıqdan oğurluq edilib.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı 2 məzarın ətrafından 4 000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR