AFFA Canni De Byazini yola salacaq? - Açıqlama

img

15-11-2021 [12:00]


Futbol üzrə Azərbaycan millisinin baş məşqçi Canni De Byazinin gələcək taleyinə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək. Onun müqaviləsi bu ayın sonu başa çatır.

Mia.az xəbər verir ki, bunu AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq: "Bundan sonra AFFA İcraiyyə Komitəsi bu məsələni müzakirə edəcək.Milli komandaya baş məşqçi təyin olunması, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı məsələrə dair qərar qəbul etmək səlahiyyəti İK-dədir. AFFA İcraiyyə Komitəsinin iclası bu ayın sonu və ya gələn ayın əvvəli keçirilə bilər."


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA