9 deputat Saakaşviliyə görə aclıq aksiyasına başlayıb - Gürcüstanda gərginlik böyüyür

img

14-11-2021 [16:23]


Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan 9 deputatı ölkənin eks-prezidenti Mixeil Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.

Bu barədə partiya liderlərindən biri David Kirkitadze xüsusi brifinqdə bildirib.

D.Kirkitadze bildirib ki, 45 gündür aclıq aksiyası keçirən Saakaşviliyə lazımi tibbi xidmət göstərilmir.

Aclıq aksiyası keçirən millət vəkilləri eks-prezidentin mülki klinikaya köçürülməsi tələbi irəli sürüblər.

Kirkitadzedən başqa, Akaki Minaşvili, Temur Canaşiya, Baçuki Kardava, Nika Maçutadze, Giorgi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili və Abdulla İsmayılov da aclıq aksiyasına başlayıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA