Kürdəmirdə 17 yaşlı qız su kanalına düşərək ölüb

img

12-11-2021 [16:49]


Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Şalıyeva Gülarə Cavanşir qızı ehtiyatsızlıqdan su kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sudan çıxarılan gənc qız Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

G.Şalıyevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb/Report.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA