Azərbaycan milli komandasının məşqçisi vəfat edib

img

12-11-2021 [14:33]


Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.

Mia.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, 53 yaşlı mütəxəssis “European Cadet Circuit” turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.

Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR