AFFA bəzi klub və futbolçuları cəzalandırıb - Qərar

img

12-11-2021 [14:20]


AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi klub və futbolçuları cəzalandırılıb.

Mia.az həmin qərarları təqdim edir:

Premyer Liqanın X turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

X turun “Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2);

X turun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

I Divizionun V turunun “Səbail-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA