Rəsmi Moskva ABŞ-ı "odla oynamaq"da hədələdi

img

11-11-2021 [16:32]


ABŞ və Rusiya arasında Qara dəniz gərginliyi davam edir.

Bu dəfə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovdan sərt reaksiya gəlib. Qurum rəsmisi jurnalistlərə açıqlamasında mövzuya toxunaraq fikirlərini bu cür ifadə edib: "Amerika gəmilərinin Qara dənizdə, bazalarından minlərlə mil uzaqda nə işi var? Onlar odla oynayırlar”.

Qeyd edək ki, Rusiya Müdafiə nazirliyinin məlumatına görə, ötən gün 3 ABŞ gəmisi Qara dənizə girib. Qurum ABŞ-a məxsus 2 bombardmançı təyyarənin Rusiya sərhədindən 100 kilometr məsafədə uçuşlar həyata keçirdiyinə də diqqət çəkib. Nazirlik ABŞ-ın hərəkətlərini Qara dəniz regionunda vəziyyətin sabitliyini pozmaq və Ukrayna ərazisinin hərbi cəhətdən mənimsəməyə cəhd etmək kimi qiymətləndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA