Canni De Byazi: "Daha da inkişaf etməliyik"

img

10-11-2021 [18:44]


"Əvvəlcə Zəfər Gününüz mübarək olsun. Bayramınızı təbrik edirəm. Uşaqlar istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq asan deyil. Düşünürəm ki, bunu Portuqaliya və Serbiya ilə matçlarda da nümayiş etdirdik. Daha da inkişaf etməliyik".

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis AFFA-nın türkiyəli baş məşqçilərlə danışıq aparmaları ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib: "O baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm. Saytları, qəzetləri oxumuram. Açığı, heç maraqlanmıram da. Mən öz işimə köklənmişəm. Seçmə mərhələdən əvvəl heç kim bizim qrupu ilk 2 sırada tamamlayacağımızı gözləmirdi. İlluziyalarla yaşamamlıyıq. Bizə vaxt lazımdır. Nəyisə 1 gündə dəyişmək olmaz"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA