"Qalatasaray" iki oyun meydana azarkeşsiz çıxacaq, "Marsel"ə pul ödəyəcək - UEFA-dan sərt qərar

img

10-11-2021 [11:55]


UEFA Türkiyənin "Qalatasaray" klubu haqda sərt qərar verib.

Mia.az xəbər verir ki, səbəb kimi "sarı-qırmızılar"ın sentyabrın 30-da Fransada "Marsel"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda baş verən hadisələr göstərilib.

İstanbul təmsilçisi avrokuboklarda növbəti iki səfər oyununa azarkeşsiz çıxacaq. Qonaq komandanın fanatları "Marsel"lə matçda müxtəlif pirotexniki vasitələrdən istifadə edib və meydana yad əşyalar atıb.

"Sarı-qırmızılar" həmçinin 50 min avro məbləğində cərimələnib. Bundan əlavə, klub stadiona dəymiş ziyana görə "Marsel"ə 8 000 avro ödəyəcək.

Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın tərəfdarları müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.

Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA